...

Azərbaycanın Sumqayıt şəhərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib

Cəmiyyət Materials 31 Mart 2010 17:13 (UTC +04:00)
Şəhərin "Dostluq", Nəriman Nərimanov və Cəfər Cabbarlı adına mədəniyyət evlərində "Tariximizin faciəli səhifəsi", "Tarixin qanlı səhifələri", "Tarix heç zaman silinməz" adlı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Azərbaycanın Sumqayıt şəhərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı  tədbirlər keçirilib

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir K.Zərbalıyeva/

Sumqayıt şəhər mədəniyyət müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilib.

Şəhərin "Dostluq", Nəriman Nərimanov və Cəfər Cabbarlı adına mədəniyyət evlərində "Tariximizin faciəli səhifəsi", "Tarixin qanlı səhifələri", "Tarix heç zaman silinməz" adlı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Şəhər Mədəniyyət Evində "Tarix şəhadət verir", "Azərbaycanlıların Soyqırımı Günü", "Zaman və biz" adlı disputlar təşkil olunub.

Bundan əlavə, şəhər kitabxanalarında "Tariximizin qanla yazılmış səhifələri", "Erməni vəhşilikləri tarixi sənədlərdə", "Tarixin qanlı səhifələri", "Bu tarixi unutma", "Mart soyqırımı", "Tarixin ibrətamiz dərsləri" adlı sərgilər təşkil edilib, xülasələr verilib.

Sumqayıtda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı elmi-nəzəri konfrans keçirilib. Sumqayıt Dövlət Universitetində baş tutan konfransda universitetin müəllim və tələbə heyəti, şəhər ictimaiyyəti iştirak edib.

Konfransdan öncə iştirakçılar foyedə şəhər məktəblilərinin mövzu ilə bağlı əl işlərindən ibarət təşkil edilmiş sərgiyə baxış keçiriblər.

Soyqırım faktlarını əks etdirən sənədli kadrlar və slaydlar nümayiş olunub.

Sonda universitet müəllimləri mövzu ilə bağlı çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti