...

Azərbaycan məhkəməsi hakimiyyət nümayəndələrinə xəsarət yetirməkdə təqsirli bilinən şəxsləri həbsdən azad edib

Cəmiyyət Materials 1 Aprel 2010 14:11 (UTC +04:00)
Azərbaycan paytaxtında Binəqədi rayonunun Xocasən Bələdiyyəsi ərazisində qanunsuz tikililərin sökülməsi zamanı hakimiyyət nümayəndələrinə xəsarət yetirməkdə təqsirli bilinən şəxslərə hökm oxunub.
Azərbaycan məhkəməsi hakimiyyət nümayəndələrinə xəsarət yetirməkdə təqsirli bilinən şəxsləri həbsdən azad edib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycan paytaxtında Binəqədi rayonunun Xocasən Bələdiyyəsi ərazisində qanunsuz tikililərin sökülməsi zamanı hakimiyyət nümayəndələrinə xəsarət yetirməkdə təqsirli bilinən şəxslərə hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Binəqədi Rayon Məhkəməsində Mais Muxtarov, Elçin Həsənov, Qurban Xudiyev, Məhəmməd Loğmanov, Asif Abbasov və Ramal Kərimovun hər biri 9 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər həbsdə yatdıqları müddət cəza müddətinə hesablanaraq, məhkəmə zalından azadlığa buraxılıblar.

Ötən il avqustun 5-də Binəqədi rayonunun Xocasən Bələdiyyəsi ərazisində ARDNŞ-in balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahələrinin qaytarılması ilə əlaqədar həmin şirkətin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər zamanı bir qrup şəxs Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edərək, daş və digər əşyalarla onlara xəsarət yetiriblər.

Nəticədə ARDNŞ işçilərindən və polis əməkdaşlarından 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin mülkiyyət hüququnu pozma (188), müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma (222-2.1), hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315.2) maddələri ilə ittiham olunubar.

Xəbər lenti

Xəbər lenti