...

Azərbaycanlıların soyqırımı haqqında kitab gürcü dilinə tərcümə olunacaq

Cəmiyyət Materials 1 Aprel 2010 15:09 (UTC +04:00)
Azərbaycanlıların ermənilər tərəfindən soyqırımından bəhs edən kitab gürcü dilinə tərcümə olunacaq.
Azərbaycanlıların soyqırımı haqqında kitab gürcü dilinə tərcümə olunacaq

Gürcüstan, Tbilisi, 1 aprel /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanlıların ermənilər tərəfindən soyqırımından bəhs edən kitab gürcü dilinə tərcümə olunacaq.

Bu qərar Azərbaycan Gənclər Forumunun təşəbbüsü ilə Tbilisidə keçirilən Gürcüstan Azərbaycanlıları Konqresi tərəfindən qəbul olunub. Bu barədə Gürcüstan Azərbaycanlıları Konqresinin məlumatında bildirilir.

Martın 31-də Tbilisidə azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib.

Konqresin sədri Əli Babayevin sözlərinə görə, bu kitabın gürcü dilində dərci gürcü ictimaiyyətinin bu hadisələr barədə geniş məlumatlandırılmasına imkan yaradacaq.

Konqres adından qəbul edilən müraciətdə deyilir ki, azərbaycanlıların diaspor təşkilatları soyqırım haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində öz fəaliyyətlərini gücləndirməlidirlər.

Xəbər lenti

Xəbər lenti