...

Azərbaycanda inzibati məhkəmələrdə işləyəcək hakimlərin hazırlanması prosesinə başlanılıb - Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov

Cəmiyyət Materials 9 Aprel 2010 14:58 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə cümə günü Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Azərbaycanda hüquqi dövlət quruculuğunun, hüquqşünas kadrların hazırlanmasının və hüquq elminin inkişafının aktual problemləri" mövzusunda keçirilmiş beynəlxalq konfransdakı çıxışında məlumat verib.
Azərbaycanda inzibati məhkəmələrdə işləyəcək hakimlərin hazırlanması prosesinə başlanılıb - Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda inzibati məhkəmələrdə işləyəcək hakimlərin hazırlanması prosesinə başlanılıb.

Trend-in məlumatına görə, bu barədə cümə günü Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Azərbaycanda hüquqi dövlət quruculuğunun, hüquqşünas kadrların hazırlanmasının və hüquq elminin inkişafının aktual problemləri" mövzusunda keçirilmiş beynəlxalq konfransdakı çıxışında məlumat verib.

""İnzibati icraat haqqında" qanun və İnzibati-Prosessual Məcəllə 2010-cu il sentyabrın 1-dən hüquqi qüvvəyə minəcək. İnzibati mübahisələrə baxacaq məhkəmələrin hakim korpusunun hazırlanması üçün mühüm işlər görülür. Bu məhkəmələrdə işləyəcək hakimlər üçün təlimlər aparırıq", - deyə PA rəsmisi vurğulayıb.

Ələsgərov bildirib ki, inzibati mübahisələrə baxacaq məhkəmələr regional iqtisad məhkəmələrinin bazasında yaradılacaq və həmin məhkəmələrin adı dəyişdirilərək, iqtisadi və inzibati mübahisələrə dair məhkəmələr adlandırılacaq.

Bu mübahisələr üzrə ikinci instansiya məhkəməsi qismində apelyasiya məhkəmələrinin, kassasiya instansiyası qismində isə Ali Məhkəmənin tərkibində yaradılacaq inzibati və iqtisadi mübahisələrə dair kollegiyalar çıxış edəcək.

Ələsgərov bildirib ki, "İnzibati icraat haqqında" qanun və İnzibati-Prosessual Məcəllə inzibati hüquq sahəsində vətəndaşlarla dövlət arasında münasibətləri tənzimləyən çoxsaylı qanunvericilik aktlarını əvəz etməklə inzibati icraat çərçivəsində vətəndaşların hüquqlarının daha dəqiq tətbiq edilməsi, inzibati idarəçiliyin sadələşdirilməsi, səmərəliliyinin artırılmasına xidmət edir.

Respublikada 7 regional İqtisad Məhkəməsi - 1 və 2 saylı Bakı, Şirvan, Gəncə, Şəki, Sumqayıt yerli iqtisad məhkəmələri və Naxçıvan MR-in İqtisad Məhkəməsi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti