Azərbaycan, Lənkaran, 10 aprel /Trend, müxbir P.Əliyeva/
Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda boşanmaların sayı iki dəfə artıb.
Trend-in bölgə müxbirinin Lənkəran rayon Vətəndaş Aktlarının Qeydiyyat İdarəsinin (VAQİ) müdiri Əzizulla Şükürova istinadən verdiyi məlumata görə, bu ilin birinci rübündə boşanmaların sayı 32 olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Ötən ilin müvafiq dövründə 16 ailədə boşanma qeydə alınıb.
Şükürova deyib ki, Lənkəran rayonunda nigahagirmənin sayı azalıb.
Bu il rayonda nigaha girənlərin sayı 317 ailə olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 nigah azdır. Ötən ilin müvafiq dövründə bu rəqəm 322 olub.
Lənkəran paytaxt Bakıdan 270 kilometr cənubda yerləşir. Əhalisi 207 min 500 nəfərdir. Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.