...

Azərbaycanın diaspor təşkilatının sədri Moldovanın dövlət mükafatı ordeni ilə təltif edilib (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2010 16:48 (UTC +04:00)
Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov ölkə prezidentinin səlahiyyətlərini icra edən Mixay Qumpunun fərmanı ilə Moldovanın dövlət mükafatı "Gloria Muncii" ordeni ilə təltif edilib.
Azərbaycanın diaspor təşkilatının sədri Moldovanın dövlət mükafatı ordeni ilə təltif edilib (FOTO)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir M.Əliyev/

Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov ölkə prezidentinin səlahiyyətlərini icra edən Mixay Qumpunun fərmanı ilə Moldovanın dövlət mükafatı "Gloria Muncii" ordeni ilə təltif edilib. Bu barədə çərşənbə günü Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Moldovadakı Azərbaycan diasporunun rəhbəri millətlərarası dostluğun möhkəmləndirilməsi, inkişafı və milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi sahəsində, həmçinin məhsuldar təşkilati və ictimai fəaliyyətinə görə bu yüksək mükafata layiq görülüb.

"Gloria Muncii" mükafatı 1992-ci il iyunun 30-da təsis edilib. Bu yüksək mükafat ölkə prezidentinin fərmanı ilə təqdim olunur.

Novruzov 1962-ci ildə Laçın rayonunda doğulub, ali təhsilini Moldovada alıb və həmin vaxtdan bu ölkədə yaşayır, hüquq elmləri doktorudur. 1990-cı ildən bizneslə məşğuldur, "Azmol Company" şirkətinin baş direktorudur. Onun Moldova Azərbaycanlıları Konqresinin sədri kimi fəaliyyəti uğurlu və səmərəlidir.

Moldova Azərbaycanlıları Konqresinin Moldovada yaşayan bütün azərbaycanlıların vahid ideya ətrafında birləşməsi, soydaşlarımızla əlaqələrin genişləndirilməsi, onlar arasında birlik və həmrəylik hisslərinin gücləndirilməsində müstəsna rolu var. Moldovada yaşayan soydaşlarımız daim bəşəri dəyərlərin və mütərəqqi milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin daşıyıcısı olub, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz fəallıqları ilə seçiliblər. Mixay Qumpunun soydaşımıza verdiyi bu yüksək mükafat həm də bu ölkədəki diasporumuzun fəaliyyətinə verilən dəyərdir.

Xəbər lenti

Xəbər lenti