Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir H.Bağırov/
Türkiyədə keçiriləcək güllə atıcılığı üzrə Dünya Kubokunda iştirakı planlaşdırılan Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının tərkibi müəyyənləşib.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, 10 metr məsafəyə pnevmatik tapançadan güllə atıcılığında Azərbaycanı Taranova Yelena, Muradov Əkbər, Məmmədov Elşad, Nəbiyev Əli və Zeynalov Kəmran təmsil edəcək.
Dünya Kuboku aprel 25-30-da keçiriləcək.