Azərbaycan Dövlət Neft Akademiyasında qanlı faciənin qurbanlarının xatirəsi yad edilib

Cəmiyyət Materials 30 Aprel 2010 18:29 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Akademiyasında bir il bundan əvvəl törədilmiş qanlı faciənin qurbanlarının xatirəsi yad edilib.
Azərbaycan Dövlət Neft Akademiyasında qanlı faciənin qurbanlarının xatirəsi yad edilib

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Dövlət Neft Akademiyasında bir il bundan əvvəl törədilmiş qanlı faciənin qurbanlarının xatirəsi yad edilib.

Azərbaycanın təhsil naziri Misir Mərdanov, akademiyanın rektoru Siyavuş Qarayev, akademiyanın müəllim və tələbə heyəti həlak olanların portreti qarşısına əklil qoyub.

Tədbirdə çıxış edən təhsil naziri Misr Mərdanov deyib ki, bütün bu baş verənlərdən nəticə çıxarmaq lazımdır. Nazirin sözlərinə görə, facidədə həlak olanların adlarının əbədiləşdirilməsi üzrə işlər aparılacaq. O qeyd edib ki, ölkənin bütün ali təhsil müəssisələrində təhlükəsizlik tədbirləri möhkəmləndirilib.

30 aprel 2009-cu il tarixində Fərda Qədirov akademiyanın binasına daxil olaraq, odlu silahdan tələbələrə atəş açıb. Nəticədə, 12 nəfər həlak olub və 13 nəfər xəsarət alıb. Polisin hadisə yerini dövrəyə aldığını görən cani özünü qətlə yetirib.

Xəbər lenti

Xəbər lenti