...

Azərbaycanda əsgərlərə zor tətbiq edən hərbi qulluqçular cəzalandırılıb

Cəmiyyət Materials 11 May 2010 13:05 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağdam Hərbi Məhkəməsinin hökmü ilə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları - Orxan Həsənov 3 il, Tural Xəlilov 3 il 8 ay və Vüqar Aslanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Azərbaycanda əsgərlərə zor tətbiq edən hərbi qulluqçular cəzalandırılıb

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir H.Bağırov/

Azərbaycanda nizamnamə qaydalarını pozmaqda ittiham olunan hərbi qulluqçulara hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağdam Hərbi Məhkəməsinin hökmü ilə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları - Orxan Həsənov 3 il, Tural Xəlilov 3 il 8 ay və Vüqar Aslanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona qarşı zor tətbiq etmə (332.2.1), bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332.2.3) maddələri ilə ittiham ediliblər.

Təqsirləndirilən şəxslər xidmət etdikləri hərbi hissədə bir qrup hərbi qulluqçuya qarşı zor tətbiq etməklə, onların şərəf və ləyaqətini alçaldıblar.

Cinayət işi üzrə 5 hərbi qulluçu zərərçəkmiş qismində tanınıb.

Xəbər lenti

Xəbər lenti