...

Azərbaycanda Rusiya ali məktəblərinə maraq azalıb – Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə

Cəmiyyət Materials 11 May 2010 16:42 (UTC +04:00)
Azərbaycanda Rusiya ali məktəblərinə maraq azalıb və bu il təhsilini Rusiyada davam etdirmək istəyən cəmi yüzə yaxın adam var.
Azərbaycanda Rusiya ali məktəblərinə maraq azalıb – Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Rusiya ali məktəblərinə maraq azalıb və bu il təhsilini Rusiyada davam etdirmək istəyən cəmi yüzə yaxın adam var. Bunu çərşənbə axşamı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə deyib.

Onun fikrincə, buna səbəb Rusiya tərəfinin təqdim etdiyi ixtisas və ali məktəblərə tələbin olmaması ola bilər.

Abbaszadə cüzi sənəd verilməsinin digər səbəbi kimi xarici ali məktəbə daxil olan abituriyentin Azərbaycanda dövlət imtahanına buraxılmamasını hesab edir. "Əvvəllər abituriyent həm xarici, həm də Azərbaycandakı ali məktəbə daxil ola, daha sonra öz seçimini edə bilərdi. Hazırda isə buna icazə verilmir", - Abbaszadə deyib.

Onun sözlərinə görə, Türkiyə ali məktəblərinə də sənəd verənlərin sayında azalma müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti