...

Azərbaycanın Sabirabad rayonunda əhalinin içməli su ilə təmin olunması məqsədilə modul tipli qurğular quraşdırılacaq

Cəmiyyət Materials 15 May 2010 14:18 (UTC +04:00)
Azərbaycanın Sabirabad rayonunda əhalinin içməli su ilə təmin olunması məqsədilə modul tipli qurğular quraşdırılacaq. Trend-in məlumatına görə, ekologiya və təbiii sərvətlər naziri Hüseynqulu Bağırov şənbə günü keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.
Azərbaycanın Sabirabad rayonunda əhalinin içməli su ilə təmin olunması məqsədilə modul tipli qurğular quraşdırılacaq

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Sabirabad rayonunda əhalinin içməli su ilə təmin olunması məqsədilə modul tipli qurğular quraşdırılacaq. Trend-in məlumatına görə, ekologiya və təbiii sərvətlər naziri Hüseynqulu Bağırov şənbə günü keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.

Nazir bildirib ki, İsraildən alınan 8 belə qurğu 2-3 gün ərzində Sabirabad rayonunda quraşdırılacaq. Həmin qurğuların vasitəsilə rayon əhalisi sutkada 500 ton içməli su ilə təmin olunacaq.

Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən 40 rayonun ərazisində, o cümlədən Sabirabad rayonunda subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti