...

Azərbaycanda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən hərbi qulluqçuya hökm oxunub

Cəmiyyət Materials 18 May 2010 15:35 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik çavuş Ədalət Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən hərbi qulluqçuya hökm oxunub

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir H.Bağırov/

Azərbaycanda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən hərbi qulluqçuya hökm oxunub.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, kiçik çavuş Ədalət Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

2009-cu ilin sentyabrında Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində kiçik çavuş Ədalət Məmmədov xidməti istifadəsi üçün verilmiş avtomat silahdan açdığı atəş nəticəsində əsgər yoldaşı Elvin Quliyevi güllələyib. Quliyevə vaxtında yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd (29,120.2.2) maddəsi ilə təqsirli bilinib.

Xəbər lenti

Xəbər lenti