...

Berlində "Azərbaycan Respublikasının Dövlət Himni saatı" adlı tədbir keçiriləcək

Cəmiyyət Materials 21 May 2010 17:11 (UTC +04:00)
Berlində şənbə günü 28 May - Respublika Günü münasibətilə "Azərbaycan Respublikasının Dövlət Himni saatı" adlı tədbir keçiriləcək.
Berlində "Azərbaycan Respublikasının Dövlət Himni saatı" adlı tədbir keçiriləcək

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Berlində şənbə günü 28 May - Respublika Günü münasibətilə "Azərbaycan Respublikasının Dövlət Himni saatı" adlı tədbir keçiriləcək. Məlumatı cümə günü Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.

Dövlət Himnimiz səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) icraçı direktoru Samirə Patzer-İsmayılova və Berlin Azərbaycan Kültür Ocağının sədri Hakan Ciflik açıq elan edəcəklər.

Sonra "Integra" alman dili məktəbində integrasiya kurslarının dosenti Naiba Hantel "Azərbaycan Respublikası Dövlət Himninin yaranma tarixi haqqında" məruzə təqdim edəcək. Tədbirdə Azərbaycan Respublikası Dövlət Himninin mətni və musiqisi haqqında məlumat veriləcək, Dövlət Himnini tədbirin iştirakçıları birgə ifa edəcəklər.

Mayın 28-29-da Azərbaycannın Almaniyadakı səfirliyi Respublika Günü münasibətilə tədbir keçirəcək. Soydaşlarımıza və alman qonaqlara İsfar Sarabskinin ifasında caz musiqisindən ibarət konsert təqdim olunacaq. Mayın 30-da isə əməkdar artist Teyyub Aslanov Berlində Azərbaycan muğamı və xalq mahnıları ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti