...

Mingəçevir gölünə daha az suyun gəlməsi üçün tədbirlər hazırlanır - Azərbaycanın ekologiya və təbii sərvətlər naziri

Cəmiyyət Materials 24 May 2010 10:52 (UTC +04:00)
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri hesab edir ki, Mingəçevir gölünə daha az suyun gəlməsi üçün tədbirlər hazırlanır.
Mingəçevir gölünə daha az suyun gəlməsi üçün tədbirlər hazırlanır - Azərbaycanın ekologiya və təbii sərvətlər naziri

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri hesab edir ki, Mingəçevir gölünə daha az suyun gəlməsi üçün tədbirlər hazırlanır.

"Daxili dağ çayları var ki, Kür çayını qidalandırır və belə hallarda çoxlu su gətirə bilir. Hazırda öyrənilir ki, Acınohur gölü ətrafında və ya başqa münasib yerdə Qanıx çayı üzərində su anbarı yerləşdirilərsə, vəziyyət istənilən şəraitdə idarə oluna bilər", - Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Bağırov deyib ki, dövlət komissiyası yerlərdə iş aparır.

"Bəndlər nəzarətdə saxlanılmalı, gücləndirilməlidir. Bəndlər yarılan yerlərdə bərpa işləri, əhali ilə iş, yaranan sosial problemlərin aradan qaldırılması üzrə fəaliyyət işləri aparılır. İndi təsir qüvvəsi olan, lakin uzun təsirə malik olacaq, fəaliyyət işinin hazırlıq işləri, Kürün ağzı ilə bağlı vəziyyətin daha dəqiq təhlil olunması, Kür və Araz çaylarının köhnə məcralarının öyrənilməsi, bütün suların idarə olunmasına təsir edən faktorlar araşdırılır. Bizim briqadamız indi daha dəqiq plan hazırlayır; hesablamalarımız göstərir ki, 5-6 faktorun təsiri var - dibin dərinləşdirilməsi də bu prosesə müsbət təsir edə bilər, Kürün ağzının açılması da təsir qüvvəsinə malikdir", - Bağırov deyib.

Xəbər lenti

Xəbər lenti