...

Almaniyadakı Azərbaycan diaspor təşkilatları Respublika Günü ilə əlaqədar tədbirlər keçirəcəklər

Cəmiyyət Materials 27 May 2010 18:05 (UTC +04:00)
Almaniyadakı Azərbaycan diaspor təşkilatları 28 May - Respublika Günü ilə əlaqədar tədbirlər keçirəcəklər
Almaniyadakı Azərbaycan diaspor təşkilatları Respublika Günü ilə əlaqədar tədbirlər keçirəcəklər

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir M.Əliyev/

Almaniyadakı Azərbaycan diaspor təşkilatları 28 May - Respublika Günü ilə əlaqədar tədbirlər keçirəcəklər. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Azərbaycan Kültür Ocağı ilə birlikdə, həmçinin Alman-Azərbaycan Həmrəyliyi Cəmiyyəti Respublika Günü münasibətilə Berlində bədii tədbir keçirəcək. Hamburq Azərbaycan Mədəniyyəti Cəmiyyəti də bayram münasibətilə yığıncaq təşkil edəcək.

Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi (ATEİB) Qerolştayn şəhərində "Almaniyada yaşayan azərbaycanlı tələbələr və elmi işçilər ili" adlı üçgünlük forum təşkil edəcək.

Almaniyadakı daha bir Azərbaycan diaspor təşkilatı - Nürnberqdə fəaliyyət göstərən Nürnberq Azərbaycan-Alman Dostluq Mədəniyyəti Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkənin siyasi partiyalarının, türk və yəhudi icmalarının nümayəndələrinin iştirakı ilə tədbir keçiriləcək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və ölkəmizin dövlətçilik tarixindən bəhs edən sənədli film göstəriləcək.

Xəbər lenti

Xəbər lenti