...

İsrail HDQ-nin hüquq müdafiəçilərinə hücumu nəticəsində, islam hərəkatının lideri həlak olub

Cəmiyyət Materials 31 May 2010 15:29 (UTC +04:00)
İsrail HDQ-nin mühasirədə olan Qəzza sektoruna humanitar yardım çatdırmalı olan beynəlxalq donanmaya hücumu nəticəsində, Fələstin ərazisində islam hərəkatının lideri Raid Salah həlak olub.
İsrail HDQ-nin hüquq müdafiəçilərinə hücumu nəticəsində, islam hərəkatının lideri  həlak olub

İsrail HDQ-nin mühasirədə olan Qəzza sektoruna humanitar yardım çatdırmalı olan beynəlxalq donanmaya hücumu nəticəsində, Fələstin ərazisində islam hərəkatının lideri Raid Salah həlak olub. Bu barədə Türkiyənin TRT telekanalı məlumat verib.

Dəqiqləşdirilmiş məlumatlara görə, İsrail xüsusi xidmət əməkdaşlarının hücumu nəticəsində əksəriyyəti türk vətəndaşları olan 19 nəfər həlak olub və yüzlərlə adam yaralanıb.

Həlak olanlar arasında humanitar missiyanın Livandan olan rəhbəri, doktor Hani Süleyman da var. İsrail hərbçiləri donanmanın tərkibindən 10 nəfərin həlak olduğunu iddia edirlər. Bu barədə "RİA-Novosti" məlumat verib.

"Azadlıq donanması"nın tərkibinə altı gəmi daxildir. Gəmilərin göyərtələrində Avropa və ərəb ölkələrindən olan, təxminən, 600 hüquq müdafiəçisi, eləcə də onlarca deputat olub. Aksiya İrlandiya, İsveç, Yunanıstan, Türkiyə, Əlcəzair və Küveytin hüquq müdafiəçiləri tərəfindən təşkil edilib. Onlar Qəzza sektoruna 10 min ton humanitar yardım, eləcə də dərmanlar və tikinti materialları çatdırmaq niyyətində olublar.

Xəbər lenti

Xəbər lenti