...

Azərbaycanın Sabirabad rayonunda əhali içməli su ilə təmin olunub

Cəmiyyət Materials 1 İyun 2010 11:59 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Kür çayının daşması nəticəsində, əhalinin içməli su ilə təminatında yaranmış problemlərin aradan qaldırılması məqsədilə Sabirabad şəhərinin müxtəlif yerlərində iki ədəd modultipli sutəmizləyici qurğu quraşdırıb.
Azərbaycanın Sabirabad rayonunda əhali içməli su ilə təmin olunub

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Sabirabad rayonunda əhali içməli su ilə təmin olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Kür çayının daşması nəticəsində, əhalinin içməli su ilə təminatında yaranmış problemlərin aradan qaldırılması məqsədilə Sabirabad şəhərinin müxtəlif yerlərində iki ədəd modultipli sutəmizləyici qurğu quraşdırıb.

ETSN-nin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildirilib ki, hər birinin gündəlik təmizləmə gücü 60 ton olan sutəmizləyici qurğular hazırda əhalinin içməli suya olan tələbatını tam ödəyir.

İçməli suya yenidən tələbat yaranacağı təqdirdə, ETSN əlavə qurğular quraşdırılmaqla şəhərdə içməli suyun gündəlik həcmini 500 tona çatdırmağı nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti