Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir M.Əliyev/
ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu (MTİF) Azərbaycanda iyul ayının 1-2-də texnoloji sahibkarlıq üzrə seminar-müsabiqə keçirəcək. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasından bildiriblər.
Müsabiqədə yeni kəşflərindən mənfəət götürmək və məhsuldar müəssisələrini inkişaf etdirməkdə maraqlı olan alimlər, mühəndislər, ixtiraçılar, tədqiqatçılar və texnoloji sahibkarlar iştirak edəcəklər.
Seminar yekunlaşdıqdan sonra MTİF müsabiqə yolu ilə seçilmiş 1-2 iştirakçıdan ibarət seminar komandasını Birləşmiş Ştatlara getmək və potensial tərəfdaşlarla görüşmək və ya sənaye tədbirində iştirak etmək üçün Səyahət Qrantı ilə təltif edə bilər.