...

Sınaq imtahanlarına əsasən, rus bölməsi abituriyentlərinin göstərdiyi nəticələr aşağıdır – TQDK sədri

Cəmiyyət Materials 4 İyun 2010 13:28 (UTC +04:00)
Bu il rus bölməsinin nəticələri Azərbaycan bölməsi ilə müqayisədə aşağıdır. Trend-in verdiyi məlumata görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) rəhbəri Məleykə Abbaszadə bildirib.
Sınaq imtahanlarına əsasən, rus bölməsi abituriyentlərinin göstərdiyi nəticələr aşağıdır – TQDK sədri

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir T.Hacıyev/

Bu il rus bölməsinin nəticələri Azərbaycan bölməsi ilə müqayisədə aşağıdır. Trend-in verdiyi məlumata görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) rəhbəri Məleykə Abbaszadə bildirib.

"Rus bölməsinə sənəd verənlərin sayı 12 min nəfərdir. İmtahan proqrama tam uyğun keçirilib.

Bu halın nə ilə əlaqədar olduğunu deyə bilmərəm. Bunu müvafiq məktəblər özləri araşdırmalıdır", - Abbaszadə əlavə edib.

Abbaszadə bildirib ki, bu il keçirilən sınaq imtahanlarının nəticələrinə əsasən, 1-ci ixtisas qrupu üzrə Azərbaycan bölməsində orta bal 214, rus bölməsində isə 223-dür; 2-ci ixtisas qrupu üzrə Azərbaycan bölməsində 279, rus bölməsində 254 bal, 3-cü ixtisas qrupu üzrə Azərbaycan bölməsində 321, rus bölməsində 259, 4-cü ixtisas qrupu üzrə Azərbaycan bölməsində 333, rus bölməsində isə 255 baldır.

"Ənənəvi olaraq birinci ixtisas qrupu üzrə rus bölməsində informasiya texnologiyaları ixtisasını seçən abituriyentlər daha çoxdur və hazırlıqları yaxşı səviyyədədir. Ona görə də birinci ixtisas qrupu üzrə orta ballar Azərbaycan bölməsindən çoxdur", - Abbaszadə bildirib.

Trend-in arayışı: Bu ilin iyul ayında Azərbaycanda 4 ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. Mayın 20-dən iyunun 2-nə qədər sənəd qəbulu keçirilib. 115 min 852 nəfər imtahanlarda iştirak etmək üçün ərizə verib. Onlardan 12 min nəfəri rus bölməsinə aiddir.

Xəbər lenti

Xəbər lenti