...

Oşdan daha bir azərbaycanlı evakuasiya edilib – səfirlik

Cəmiyyət Materials 19 İyun 2010 13:57 (UTC +04:00)
Oş Dövlət Universitetinin məzunu azərbaycanlı Sabir Kərimov artıq Oşdan Bişkəkə evakuasiya edilib və hazırda Azərbaycanın bu ölkədəki səfirliyindədir.
Oşdan daha bir azərbaycanlı evakuasiya edilib – səfirlik

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir S.Ağayeva/

Oş Dövlət Universitetinin məzunu azərbaycanlı Sabir Kərimov artıq Oşdan Bişkəkə evakuasiya edilib və hazırda Azərbaycanın bu ölkədəki səfirliyindədir. Bu barədə şənbə günü Trend-ə Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarov bildirib.

"O, Bişkəkə cümə günü axşam yerli hakimiyyət orqanlarının köməyi ilə çatdırılıb. Xüsusilə də bu işdə səfirliyə Qırğızıstan Sosial Fondunun sədri Muqkam Əbülqadir kömək göstərib", - müşavir deyib.

"Kərimovun Bakıya iyunun 26-da göndərilməsi planlaşdırılıb", - diplomat qeyd edib.

Müşavir Oşda olan azərbaycanlı ailəsi və onların ölkəyə qayıtmaq istəyi barədə yayılan məlumatı təkzib edib.

"Səfirlik dəqiləşdirib ki, bu ailənin üzvləri Azərbaycan vətəndaşları deyil və Qırğızıstan vətəndaşları kimi onlar yerli hakimiyyət orqanlarına müraciət edə və sərbəst şəkildə bilet alaraq istənilən ölkəyə gedə bilərlər", - diplomat vurğulayıb. - "Səfirlik yalnız Azərbaycan vətəndaşlarının təhlükəli ərazilərdən evakuasiyası ilə məşğuldur".

Bundan əvvəl Qırğızıstanın Cəlalabad vilayətindən Bişkəkə üç azərbaycanlı tələbə evakuasiya edilmişdi.

Ümumilikdə Qırğızıstanın Oş və Cəlalabad vilayətlərində 600 nəfər azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti