...

Azərbaycan Dillər Universitetində İndoneziya Mərkəzi açılacaq

Cəmiyyət Materials 28 İyun 2010 15:26 (UTC +04:00)
ADU-nun mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, mərasimdə İndoneziyanın İranda və Azərbaycanda akkreditasiya olunmuş səfiri İvan H.S.Viranata Atmadjanın iştirakı gözlənilir.
Azərbaycan Dillər Universitetində İndoneziya Mərkəzi açılacaq

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Dillər Universitetində (ADU) iyunun 29-da İndoneziya Mərkəzinin açılışı olacaq.

ADU-nun mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, mərasimdə İndoneziyanın İranda və Azərbaycanda akkreditasiya olunmuş səfiri İvan H.S.Viranata Atmadjanın iştirakı gözlənilir.

Qonağın ADU-nun rektoru, professor Səməd Seyidovla görüşü nəzərdə tutulur.

İndoneziyanın mədəniyyətini, tarixini özündə əks etdirən Mərkəzdə müxtəlif kitablar, videomateriallar mövcuddur.

Bu il aprelin 22-də Azərbaycanda səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti də ADU-da olmuşdu. Universitetin rektoru Səməd Seyidovla görüşdükdən sonra nümayəndə heyəti ADU-dakı İnformasiya-Resurs Kompleksi (İRK) ilə və gələcəkdə açılması nəzərdə tutulan İndoneziya Mərkəzi ilə tanış olmuş, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşmüşdü.

Azərbaycan Dillər Universitetində 2007-2008-ci tədris ilində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində Cənub-Şərqi Asiya regionşünaslığı, İndoneziyaşünaslıq ixtisası açılıb, həmin ildən də malay dili tədris olunur. Hazırda İndoneziyaşünaslıq ixtisası üzrə 19 tələbə təhsil alır.

Xəbər lenti

Xəbər lenti