...

Azərbaycanda internet -TV və internet-radionun lisenziyalaşdırılması aparılmayacaq - Prezident Administrasiyasının şöbə müdiri (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 30 İyun 2010 13:00 (UTC +04:00)

Аzərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Ü.Sadıxova/

İnternet-radio və internet-TV Azərbaycanda lisenziyalaşdırılmayacaq, - Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü Bakıda keçirilmiş "Yeni media-eranın dəyərləri" konfransında çıxışı zamanı deyib.

O, Azərbaycanda və beynəlxalq təşkilatlarda ölkədə internet-radio və internet-TV-nin fəaliyyətinin məhdudlaşdırılması məqsədilə lisenziyalaşdırılması barədə yayılmış məlumatları təkzib edib.

Bununla bağlı konfransda ATƏT-in KİV-in azadlığı üzrə sabiq sədri Mikloş Haraşti öz fikirlərini bildirib. "Belə bir addım gələcəkdə Azərbaycanda internet ehtiyatlarının inkişafı üçün böyük problemlər yarada bilər", - Haraşti deyib.

Əli Həsənov elektron KİV-in lisenziyalaşdırılması planı barədə şayiələri əsassız sayıb."Belə bir planımız yoxdur və heç vaxt bu barədə heç nə elan etməmişik", - Həsənov Azərbaycan hökumətinin ünvanına gələn ittihamların əsassız olduğunu əlavə edərək bildirib.

Prezident Aparatının şöbə müdiri, həmçinin, Azərbaycanda söz, mətbuat azadlığının olmaması barədə fikirlərlə razı deyil.

"Azərbaycanın 160 ölkə arasında söz azadlığı üzrə siyahıda 145-ci yeri tutması uydurmadır və bu barədə başqa söhbət gedə bilməz", - Həsənov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti