...

Azərbaycanın FM dalğasında xarici radiostansiyalara yer verilməsi gündəmdə deyil - Əli Həsənov

Cəmiyyət Materials 30 İyun 2010 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın FM dalğasında xarici radiostansiyalara yer verilməsi gündəmdə deyil və biz bunu etməyəcəyik, - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Azərbaycanın FM resursları məhduddur və bu, yalnız yerli teleradio istehsalçıları üçün nəzərdə tutulub", - Həsənov bildirib.

PA rəsmisinin sözlərinə görə, digər tərəfdən də beynəlxalq aləmdə qəbul edilən, tətbiq olunan vasitələrlə xarici radiostansiyaların Azərbaycanda yayımı həyata keçirilir və bundan sonra da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti