...

Akademik Ramiz Mehdiyevin "Ictimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabının təqdimati olub

Cəmiyyət Materials 3 İyul 2010 09:25 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” kitabının geniş təqdimatı olmuşdur.
Akademik Ramiz Mehdiyevin "Ictimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabının təqdimati olub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabının geniş təqdimatı olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Təqdimat mərasimində çıxış edən DİA-nın rektoru, Əməkdar Elm Xadimi, professor Seyfəddin Qəndilov xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunan kitabın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, kitabın nəşri akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc olunan, ictimai həyatımızda geniş maraq doğuran eyniadlı məqaləsi və həmin məqalədə qaldırılan mühüm məsələlər ilə bağlıdır.

İki fəsildən ibarət kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur. Nəşrin giriş hissəsində müəllifin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi, həmçinin "Azərbaycan oxucusu yazıçılarımızdan ədəbi hadisəyə bərabər əsərlər gözləyir" sərlövhəli müsahibə yer almışdır. Kitabda məqalənin müzakirəsi ilə bağlı keçirilən "dəyirmi masa" və digər tədbirlərdə aparılan müzakirələr də əksini tapmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev, təhsil naziri Misir Mərdanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, professor Səlahəddin Xəlilov, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və digər çıxış edənlər kitabın cəmiyyətimiz üçün çox dəyərli töhfə olduğunu vurğulamışlar.

Müstəqil konseptual elmi araşdırmaların, dərin müşahidələrin nəticəsi kimi ərsəyə gələn əsərdə ictimai şüura təsir göstərən səmərəli humanitar texnologiyalar, milli mədəni-mənəvi oriyentasiya məsələləri, əski ideologiya və milli məfkurə kimi ciddi problemlərin qaldırılması kitabın aktuallığını və dəyərini artıran amillər kimi çıxış edir.

Xəbər lenti

Xəbər lenti