...

AzərTAc-ın baş direktoru Bişkəkdəki Beynəlxalq Aytmatov Akademiyasının akademiki adına layiq görülüb

Cəmiyyət Materials 13 İyul 2010 18:03 (UTC +04:00)
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov Azərbaycanın Milli Mətbuat Günü ərəfəsində türkdilli ölkələrin ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademiki adına layiq görülüb.
AzərTAc-ın baş direktoru Bişkəkdəki Beynəlxalq Aytmatov Akademiyasının akademiki adına layiq görülüb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Qasımova/

Bişkəkdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun təqdimatı və Qırğızıstan Beynəlxalq Aytmatov Akademiyası Elmi Şurasının qərarı ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanov Azərbaycanın Milli Mətbuat Günü ərəfəsində türkdilli ölkələrin ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademiki adına layiq görülüb.

Fondun sədri Nüsrət Məmmədov bildirib ki, Aslan Aslanova bu ad Azərbaycan ilə Qırğızıstan arasında KİV sahəsində əlaqələrin inkişafına verdiyi töhfəyə, "Kabar" informasiya agentliyi ilə informasiya mübadiləsinə və səmərəli əməkdaşlığa, həmçinin AzərTAc vasitəsilə Qırğızıstanın ictimai-siyasi həyatı, ədəbiyyatı, incəsənəti, mədəniyyəti haqqında müntəzəm yayılan və həqiqəti əks etdirən materiallara görə verilib. Biz bu münasibətlə Aslan Aslanovu təbrik edir, ona daha böyük uğurlar arzulayırıq.

Akademiyanın prezidenti Abdildacan Akmataliyevin imzası ilə Aslan Aslanovun ünvanına göndərilmiş məktubda bildirilir ki, müvafiq diplom ona Bakıda təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti