...

İkinci ixtisas qrupu abituriyentlərinin 70%-i builki məzunlardır – TQDK-nın sədri

Cəmiyyət Materials 23 İyul 2010 13:20 (UTC +04:00)
İkinci ixtisas qrupunun imtahanlarında iştirak edən abituriyentlərin 70 faizi ümumtəhsil məktəblərinin builki məzunlarıdır. Bu barədə cümə günü jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
İkinci ixtisas qrupu abituriyentlərinin 70%-i builki məzunlardır – TQDK-nın sədri

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Zərinə Əhmədova/

İkinci ixtisas qrupunun imtahanlarında iştirak edən abituriyentlərin 70 faizi ümumtəhsil məktəblərinin builki məzunlarıdır. Bu barədə cümə günü jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

"2010-cu ildə ikinci ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizələri 28 072 abituriyent təsdiqləyib ki, onlardan 17 882 nəfəri bu ilin məktəb məzunlarıdır", - Abbaszadə bildirib.

Onun sözlərinə görə, ikinci qrupa daxil olmaq istəyənlərin ümumi sayından 24 732 nəfər Azərbaycan bölməsinin, 3340 nəfər rus bölməsinin məzunlarıdır.

Bakıda 26 814, Naxçıvanda isə 1258 abituriyent qəbul imtahanı verir.

İkinci ixtisas qrupu üzrə ən yaşlı abituriyent 1956-cı il, ən kiçik isə 1995-ci il təvəllüdlüdür.

Bütün qruplar üzrə ixtisas seçimi iyulun 25-dən başlayıb, avqustun 2-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti