...

Azərbaycanda hərbi hissədə altı nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 27 İyul 2010 14:39 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədən Trend-ə verilən məlumata görə, hərbi hissənin zabitləri - Vələd Qurbanov, Rüstəm Əhmədov, Əli İmanov, Fuad Mütəllimov və Vazeh Babayev Cinayət Məcəlləsinin rüşvət alma (311.3.1 və 311.3.2), hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə, hakimiyyətdən sui-istifadə etmə (331-ci) və hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341-ci ) cinayətlərində ittiham olunaraq bu iş üzrə məhkum olunublar.
Azərbaycanda hərbi hissədə altı nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı cinayət işi məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir H.Bağırov/

Azərbaycan Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən hərbi hissəsində 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədən Trend-ə verilən məlumata görə, hərbi hissənin zabitləri - Vələd Qurbanov, Rüstəm Əhmədov, Əli İmanov, Fuad Mütəllimov və Vazeh Babayev Cinayət Məcəlləsinin rüşvət alma (311.3.1, 311.3.2, 311.3.4), rüşvət vermə (312.2), hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə, hakimiyyətdən sui-istifadə etmə (331.1, 331.3-cü), hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341.1, 341.2.1-ci ), cinayətlərində ittiham olunaraq bu iş üzrə məhkum olunublar.

Cinayət işi baxılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib.

İş üzrə hazırlıq iclasının vaxtı hələlik bəlli deyil.

Bu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə silahlı insident baş verib.
Hərbi hissədə əsgərlər - 20 yaşlı Elxan Əzizov və 19 yaşlı Sadiq Məmmədov avtomat silahdan atəş açaraq, zabitlər - Gümayev Yusif Sadəddin oğlu, Sadıxov Vasif Miraləm oğlu, Quliyev Anar Ələddin oğlu və Səmədov Elgün Loğman oğlunu qətlə yetirib, Babayev Valeh Məhəmməd oğlu və Abbasov Samir Eyvaz oğlunu yaralayıblar.

Sonra əsgərlər özlərini də güllələyərək öldürüblər.

Əsgərlər özlərini öldürdükləri üçün cinayət işinin onlarla bağlı hissəsinə xitam verilib.

Xəbər lenti

Xəbər lenti