...

Azərbaycanın ali məktəblərinə qəbul olunmuş abituriyentlər avqustun 9-dan 18-dək daxil olduqları təhsil ocaqlarında qeydiyyatdan keçməlidirlər (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 6 Avqust 2010 11:56 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında məlumat verib.
Azərbaycanın ali məktəblərinə qəbul olunmuş abituriyentlər avqustun 9-dan 18-dək daxil olduqları təhsil ocaqlarında qeydiyyatdan keçməlidirlər (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: 5-ci abzasdan sonra əlavə olunub

Аzərbaycan, Bakı, 6 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın ali məktəblərinə qəbul olunmuş abituriyentlər avqustun 9-dan 18-dək sənədlərini daxil olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Trend-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında məlumat verib.

Abbaszadə bildirib ki, bu il ali məktəblərin qəbul aparılan 30 457 plan yerinə 27 700 nəfər qəbul olunub.

Ali məktəblərdə vakant qalan 2 757 yer üzrə müsabiqədə iştirak etmək istəyənlər avqustun 6-dan 10-dək internet vasitəsilə TQDK-ya müraciət edə bilərlər.

Abituriyentlər elektron ixtisas seçimi üzrə ərizə formasında ali məktəblərin boş qalan yerləri ilə yanaşı, orta ixtisas təhsil müəssisələrinin kodunu da qeyd edə biləcəklər.

Abituriyentlər daxil olduqları ixtisasların kodlarını Dövlət Komissiyasının internet saytı və ya "Abituriyent" jurnalının xüsusi buraxılışından öyrənə bilərlər.

TQDK sədri bildirib ki, ixtisas seçiminin səhv aparılması səbəbindən 1-ci qrup üzrə 200-dən artıq bal toplayan 1168, 2-ci qrup üzrə 2197, 3-cü qrup üzrə 700, 4-cü qrup üzrə 1056 nəfər tələbə adını qazana bilməyib.

Abbaszadənin sözlərinə görə, imtahanlarda 50-dən artıq bal toplayan abituriyentlər orta ixtisas məktəblərinə sənəd qəbulunda iştirak edə bilərlər.

Abbaszadə deyib ki, magistraturada vakant qalmış 1400 yerə qəbulla bağlı 563 nəfər sənəd verib.

Xəbər lenti

Xəbər lenti