...

Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinə fəaliyyətlərinə icazə verən vəsiqələr paylayacaq

Cəmiyyət Materials 7 Avqust 2010 13:58 (UTC +04:00)
Trend-in məlumatına görə, bu haqda QMİ-nin sədri Hacı Allahşükür Paşazadə şənbə günü Qazilər Şurasının toplantısında məlumat verib.
Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinə fəaliyyətlərinə icazə verən vəsiqələr paylayacaq

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinə fəaliyyətlərinə icazə verən vəsiqələr paylayacaq.

Trend-in məlumatına görə, bu haqda QMİ-nin sədri Hacı Allahşükür Paşazadə şənbə günü Qazilər Şurasının toplantısında məlumat verib.

Bütün Qafqazın Şeyxi qeyd edib ki, mollaların attestasiyadan keçirilməsi işi bütün regionlarda təşkil olunacaq.

Onun sözlərinə görə, axund, imam, rozəxan və amileyi-mut vəzifələri üzrə imtahandan keçən dindarlara vəsiqə veriləcək. Onların hansı vəzifə üzrə işləmələri həmin vəsiqələrdə qeyd olunacaq.

Paşazadə bildirib ki, rəhbərlik etdiyi qurum mədrəsələrin lisey adlandırılmasını istəyir.

O, bu istiqamətdə iş aparıldığını bildirib.

Paşazadə bildirib ki, orucluq ayında yas mərasimlərində günorta vaxtı verilən ehsanlarda iştirak edən mollalar QMİ tərəfindən ciddi cəzalandırılacaq.

"Orucluq ayında günorta vaxtı verilən ehsanlarda hansı molla iştirak edərsə, dua verərsə, həmin molla barəsində ölçü götürüləcək", - Paşazadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti