...

Azərbaycanın basketbol üzrə kişilərdən ibarət yığma komandası Avropa çempionatı seçmə yarışlarının ilk oyununda qələbə qazanıb

Cəmiyyət Materials 9 Avqust 2010 08:20 (UTC +04:00)
Avqustun 8-də Azərbaycanın basketbol üzrə kişilərdən ibarət yığma komandası Avropa çempionatı seçmə yarışlarının ilk oyununda səfərdə Albaniya yığması üzərində inamlı qələbə qazanıb. Bu barədə Azərbaycan Basketbol Federasiyasının yaydığı press-relizdə deyilir.
Azərbaycanın basketbol üzrə kişilərdən ibarət yığma komandası Avropa çempionatı seçmə yarışlarının ilk oyununda qələbə qazanıb

Avqustun 8-də Azərbaycanın basketbol üzrə kişilərdən ibarət yığma komandası Avropa çempionatı seçmə yarışlarının ilk oyununda səfərdə Albaniya yığması üzərində inamlı qələbə qazanıb. Bu barədə Azərbaycan Basketbol Federasiyasının yaydığı press-relizdə deyilir.

Oyun Azərbaycan yığmasının üstünlüyü ilə keçdi: 81:63 (17:19, 31:14, 16:17, 17:13).

Qeyd etmək lazımdır ki, qrupda İsveç - Belarus qarşılaşması 75:66 hesabı ilə skandinavların xeyrinə bitmişdir.

Beləliklə, ilk turdan sonra yığmamız iki xalla qrupda birinci yeri tutur.

Komandamız növbəti oyununu avqustun 14-də Bakıda Belarus yığmasına qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti