...

Azərbaycan akademik avarçəkənləri dünya çempionatında bürünc medal qazanıblar

Cəmiyyət Materials 9 Avqust 2010 17:05 (UTC +04:00)
Azərbaycanın milli komandası Çexiyanın Raçitse şəhərində keçirilən 18 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatını nəticə ilə başa vurub.
Azərbaycan akademik avarçəkənləri dünya çempionatında bürünc medal qazanıblar

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan akademik avarçəkənləri dünya çempionatında bürünc medal qazanıblar. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat veriblər.

Azərbaycanın milli komandası Çexiyanın Raçitse şəhərində keçirilən 18 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatını nəticə ilə başa vurub. Ölkəmizi təmsil edən Toni Boteva və Radoslav Drenovski-Aleksandr Qlotov dueti əsas finalda iştirak ediblər. Üstəlik, Drenovski - Qlotov cütlüyü bürünc medal qazanıb.

Həm oğlanlar arasında ikinəfərlik sükansız (təkavarlı) qayıqla (JM2-), həm də qızlar arasında birnəfərlik qayıqla (JW1X) 2000 metr məsafəyə yürüşdə avarçəkənlərimiz seçmə mərhələdə 2-ci yeri tutaraq, birbaşa yarımfinala vəsiqə qazanıblar. Yarımfinalda Drenovski-Qlotov dueti 1-ci, Boteva isə 3-cü yeri tutaraq, əsas finala yüksəlib. Əsas finalda azərbaycanlı cütlük 6 dəqiqə 56,06 saniyə nəticə ilə 3-cü olmağı bacarıb. İlk 2 pillə isə Yunanıstan və Almaniya təmsilçilərinə qismət olub. 8 dəqiqə 11,57 saniyə göstəriciyə malik Boteva isə Almaniya, Rumıniya, Yunanıstan, Hollandiya və Latviya idmançıları ilə mübarizədə 6-cı yeri tutub.

Xəbər lenti

Xəbər lenti