...

Avqustun əvvəllərində Kür və Araz çaylarında su sərfi kəskin azalıb - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Cəmiyyət Materials 11 Avqust 2010 13:27 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə Trend-ə idarənin mətbuat xidmətindən məlumat verilib.
Avqustun əvvəllərində Kür və Araz çaylarında su sərfi kəskin azalıb - Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə Trend-ə idarənin mətbuat xidmətindən məlumat verilib.

Avqust ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının III ongünlüyünə nisbətən saniyədə 65,7 kubsantimetr azalaraq, 97,3 kubsantimetr təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 52 kubsantimetr olub.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,31-6,00 mq/l arasında olmaqla, sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti