...

Azərbaycanda 252 QHT-yə qarşı inzibati tənbeh tədbirlərinin həyata keçirilməsinə başlanılıb

Cəmiyyət Materials 19 Avqust 2010 16:24 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi hesabatları və maliyyə fəaliyyətsizlikləri barədə məlumatları gecikmə ilə təqdim etmiş 252 QHT-yə qarşı inzibati tənbeh tədbirlərinin həyata keçirilməsinə başlayıb.
Azərbaycanda 252 QHT-yə qarşı inzibati tənbeh tədbirlərinin həyata keçirilməsinə başlanılıb

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycan Maliyyə Nazirliyi hesabatları və maliyyə fəaliyyətsizlikləri barədə məlumatları gecikmə ilə təqdim etmiş 252 QHT-yə qarşı inzibati tənbeh tədbirlərinin həyata keçirilməsinə başlayıb. Bu barədə cümə axşamı Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin yaydığı məlumatda bildirilir.

Bununla yanaşı, ünvanların düzgün olmaması səbəbindən, 554 QHT-yə Maliyyə Nazirliyi tərəfindən göndərilmiş məktublar poçt müəssisələri tərəfindən geri qaytarılıb, eyni zamanda, Maliyyə Nazirliyi tərəfindən inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi barədə 659 QHT-yə ünvanlanmış məktublara bu günədək həmin təşkilatlar tərəfindən heç bir reaksiya verilməyib.

Maliyyə Nazirliyinə illik maliyyə hesabatı təqdim etməmiş QHT-lərin müvafiq siyahıları ilə Şuranın cssn.gov.az saytında tanış olmaq mümkündür.

"Ünvanı bəlli olmayan 171 QHT-nin, eləcə də Maliyyə Nazirliyinə bu günədək hesabat təqdim etməmiş 1 465 QHT-nin siyahısını ictimaiyyətə açıqlamaqda məqsəd onları qanunvericiliyin tələblərinə riayət etməyə çağırmaqdır", - məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti