...

Azərbaycan və İran alimləri xərçəng xəstəliyini müalicə edən dərman sintez ediblər

Cəmiyyət Materials 20 Avqust 2010 14:37 (UTC +04:00)
Azərbaycan və İran alimləri xərçəng xəstəliyini müalicə edən dərman sintez ediblər.
Azərbaycan və İran alimləri xərçəng xəstəliyini müalicə edən dərman sintez ediblər

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir T.Cəfərov/

Azərbaycan və İran alimləri xərçəng xəstəliyini müalicə edən dərman sintez ediblər.

İranın "Arin Kimya" Beynəlxalq Araşdırma Mərkəzi və Bakı Dövlət Universitetinin tədqiqatçıları xərçəng xəstəliyinin müalicəsində smart dərman çatdırma sistemi sintez ediblər. Bunu cümə günü Trend-ə Bakı Dövlət Universitetinin "Nanomaterialların kimyəvi fizikası" kafedrasının müdiri Məhəmmədəli Ramazanov deyib.

"İranlı həmkarımızla birgə iş aparmışıq, həmin dərman maddələri İranda sintez olunub, nəzəri modelini və kimyəvi strukturunu vermişik", - Ramazanov deyib.

Smart dərman çatdırma sistemi nanotexnologiya əsasında sintez olunub.

"Bu sistem xərçəng hüceyrələrini tapır, ona dərman ötürür və MRİ qaydasından istifadə etməklə bu dərman sistemini izləyə bilir", - deyə İranın "Arin Kimya" Beynəlxalq Araşdırma Mərkəzinin direktoru Məhəmmədrza Səbuktəkin deyib. Məlumatı İranın İSNA agentliyi yayıb.

Onun sözlərinə görə, bu sistemdən istifadə alimlərə imkan yaradır ki, xərçəng şişinin nə qədər böyüməsi haqqşnda və onun müalicə prosesindən məlumatlar əldə etsinlər.

Səbuktəkin deyib ki, bu araşdırmanı aparmaqda məqsəd xərçəng şişinin aşkarlanması və ilkin mərhələdə dəqiq diaqnoz qoyulması, digər hüceyrələrə ziyan vurmadan smart dərman ötürmə sistemi vasitəsilə müalicəsidir.

Xəbər lenti

Xəbər lenti