...

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri ASAİF iştirakçıları ilə görüşüb

Cəmiyyət Materials 30 Avqust 2010 12:07 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov 15 ölkədən 30 forum iştirakçısı ilə görüşüb. Görüşdə bir sıra vacib məsələlər müzakirə olunub. Administrasiya rəsmisi qeyd edib ki, keçirilmiş forum uğurlu bir layihə kimi qiymətləndirilir. Bu barədə ASAİF-in məlumatında deyilir.
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri ASAİF iştirakçıları ilə görüşüb

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov 15 ölkədən 30 forum iştirakçısı ilə görüşüb. Görüşdə bir sıra vacib məsələlər müzakirə olunub. Administrasiya rəsmisi qeyd edib ki, keçirilmiş forum uğurlu bir layihə kimi qiymətləndirilir. Bu barədə ASAİF-in məlumatında deyilir.

2010-cu il avqustun 20-21-də Bakı şəhərində xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin VIII beynəlxalq Forumu (ASAIF) keçirilib. Foruma 30-dan artıq ölkədən 600-dən çox tələbə və məzun müraciət etmiş, onlardan 200 nəfəri Forumda iştirak etmək üçün dəvət almışdır. Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Fəaliyyətinin məntiqi davamı olaraq, gələcək işini daha səmərəli və təşkilatlanmış şəkildə qurmaq üçün, Forumun təşkilat komitəsi tərəfindən ictimai birlik kimi qeydiyyata alınmasına qərar verilmişdir. Daha sonra təşkilat komitəsi Azərbaycan Respublikası Prezidenti Administrasiyasına müraciət edərək,  yaradılacaq quruma dövlət dəstəyinin göstərilməsi ilə bağlı xahiş etmişdir. Qısa bir zamanda müraciətə müsbət cavab verilmişdir. Bununla əlaqədar, 27 avqust 2010-cu il tarixində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov 15 ölkədən 30 forum iştirakçısı ilə görüşmüşdür. Görüşdə bir sıra vacib məsələlər müzakirə olunmuşdur. Administrasiya rəsmisi qeyd etmişdir ki, keçirilmiş Forum uğurlu bir layihə kimi qiymətləndirilir. Forumun daha təşkilatlanmış və səmərəli işinin təşkilində dövlət istənilən köməklik göstərməyə hazırdır. Həmçinin, qeyd edilmişdir ki, xaricdə təhsil almağa gedən azərbaycanlı gənclərimizin məqsədi yalnız təhsil deyil, eyni zamanda, Azərbaycanın xaricdəki nüfuzunu artırmaq, lobbiçilik və diaspor fəaliyyətində təşkilatlanmış şəkildə fəal olmaqdır. O cümlədən, xaricdə təhsil alan gənclərin gələcəkdə kadr potensialını təşkil etmək məqsədi ilə onların vahid məlumat bazasının qurulması vacibdir. Bu təşkilat xaricdə təhsil alan gənclərin maraqlarına xidmət etməli, onların xaricdə səmərəli fəaliyyəti istiqamətində görəcəkləri işlərdə dəstək funksiyasını yerinə yetirməlidir. Daha sonra qeyd edilmişdir ki, təşkilatın fəaliyyətinin daha effektiv qurulması üçün ölkələr üzrə deyil, şəhərlər üzrə koordinasiya işlərinə üstünlük verilməlidir. Qurulacaq təşkilatın ilkin fəaliyyət istiqaməti olaraq, xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclər üçün vahid veb-portalın qurulması nəzərdə tutulmuşdur. Bu veb-portal vasitəsilə dünyanın bir çox ölkəsində təhsil alan, o cümlədən, artıq məzun olmuş gənclərin aktiv informasiya mübadiləsi və şəbəkələşməsi təmin ediləcək. Eyni zamanda, Forumun sonrakı toplantısının növbəti aylarda Avropanın aparıcı şəhərlərindən birində keçirilməsi qərara alınmışdır.

Xəbər lenti

Xəbər lenti