Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.Hüseynzadə/
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov arxeoloji tapıntıların saxlanması və mühafizəsi üçün xüsusi fondun yaradılmasını vacib sayır.
"Qazıntılar zamanı əldə edilmiş çoxsaylı qiymətli tapıntıları tədqiq etmək və saxlamaq üçün fond lazımdır", - bu barədə Trend-ə Kərimov deyib.
Onun sözlərinə görə, bu cür fondun yaradılması böyük sahə tələb edir. Hələ ki, tapıntılar Tarix muzeyi və AMEA-ın Arxeologiya İnstitutunda saxlanılır.