...

Azərbaycan gimnastları Moskvada keçirilən bədii gimnastika üzrə dünya çempionatında çıxış ediblər (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2010 20:02 (UTC +04:00)
Bu gün Moskvada bədii gimnastika üzrə 30-cu yubiley çempionatında yarışmaların ilk günü keçirilib. Azərbaycan gimnastları qurşaqla hərəkətlərlə çıxış ediblər.
Azərbaycan gimnastları Moskvada keçirilən bədii gimnastika üzrə dünya çempionatında çıxış ediblər (FOTO)

Rusiya, Moskva, 20 sentyabr /Trend, müxbir E.Kriştalev/

Bu gün Moskvada bədii gimnastika üzrə 30-cu yubiley çempionatında yarışmaların ilk günü keçirilib. Azərbaycan gimnastları qurşaqla hərəkətlərlə çıxış ediblər. Samirə Mustafayeva 25,40 bal, Anna Qurbanova 26,45 bal və Aliyə Qarayeva 27,275 bal toplayıblar.

Azərbaycan komandasının tribunadakı azarkeşləri gimnastlarımızı fəal dəstəkləyiblər. Bu da çox güman ki, onlara proqramı yaxşı yerinə yetirməkdə kömək edib.

Sabah ip və qurşaqla hərəkətlərdə final yarışmaları keçiriləcək.

Xəbər lenti

Xəbər lenti