...

Azərbaycanlı gimnastlar Moskvada iplərlə oyun nümayiş etdiriblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2010 19:35 (UTC +04:00)
Bu gün "Olimpiysk" İdman Kompleksində bədii gimnastika üzrə Dünya Çempionatının ikinci günü başlayıb.
Azərbaycanlı gimnastlar Moskvada iplərlə oyun nümayiş etdiriblər (ƏLAVƏ OLUNUB) (FOTO)

Trend-i buradan izləyin

RED. əlav.: şəkillər əlavə olunub

Rusiya, Moskva, 21 sentyabr /Trend, xüsusi müxbir E.Kriştalev/

Bu gün "Olimpiysk" İdman Kompleksində bədii gimnastika üzrə Dünya Çempionatının ikinci günü başlayıb. Azərbaycanlı gimnastlar iplərlə oyun nümayiş etdiriblər. Samirə Mustafayeva bu növ üzrə 25.550 bal toplayıb - ikigünlük yarışmanın yekunlarına görə, onun ümumi balı 50.950 olub.

Anna Qurbanova 26.200 bal toplayaraq uğurla çıxış edib, ikigünlük ümumi bal - 52.650 olub.

Azərbaycan komandasının lideri hesab olunan Aliyə Qarayeva xalça üzərinə çıxaraq, həyəcanlı oyun nümayiş etdirib və hakimlərdən 27.075 bal alıb. İki çıxışın yekunlarına görə o, 54.350 bal toplayıb. Azərbaycan komandasının hesabında ümumi göstərici 157.950 bal təşkil edib.

Xəbər lenti

Xəbər lenti