Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Т.Konyayeva/
Yaponiya hökuməti Azərbaycanda ekoloji sahədə layihələri gerçəkləşdirmək niyyətindədir. Bu barədə çərşənbə axşamı Yaponiyanın Azərbaycandakı səfiri Masamiçu Oki deyib.
"Bizim üçün təhsil, kənd təsərrüfatı, səhiyyə sahəsində layihələr çox vacibdir, əsas əhəmiyyəti ekoloji layihələr kəsb edir, çünki Azərbaycan inkişaf edir və bu səbəbdən ətraf mühitə müxtəlif təsirlər olur", - səfir deyib.
Hazırda Yaponiyanın Azərbaycandakı Səfirliyinin dəstəyi altında İsmayıllı rayonunda tullantıların idarəsi üzrə layihə, həmçinin, Şəkidə çayın təmizlənməsi layihəsi gerçəkləşdirilir. "Biz bərpa olunan enerji mənbələrinin istifadəsi, ətraf mühitlə bağlı layihələri davam etdiririk. Peşəkar təlimlərin keçirilməsi kimi layihələri vurğulamaq istərdim, axı onlarda iştirak insanlara avtomobil və kənd təsərrüfatı sahəsində iş tapmaq imkanı verir. Onlar bu cür təlimlər keçərək, təcrübə qazanırlar", - diplomat deyib.