...

TREND Beynəlxalq İnformasiya Agentliyi plastik kartlar vasitəsilə xəbərlərin satışına başlayıb

Cəmiyyət Materials 30 Sentyabr 2010 09:00 (UTC +04:00)
Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi TREND www.Trend.Az portalında yerləşdirilmiş ödənişli xəbər və analitik materialları əldə etmək imkanını genişləndirməyi davam etdirir.
TREND Beynəlxalq İnformasiya Agentliyi plastik kartlar vasitəsilə xəbərlərin satışına başlayıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi TREND www.Trend.Az portalında yerləşdirilmiş ödənişli xəbər və analitik materialları əldə etmək imkanını genişləndirməyi davam etdirir.

Bu gün TREND BİA istifadəçilərin Agentliyin ödənişli materiallarını əldə etməyini əhəmiyyətli dərəcədə asanlaşdırmağa imkan verən xəbərlərin elektron satışı sisteminin tətbiqini elan edib. Əgər TREND xəbərlərinin abunəçisi deyilsinizsə, o zaman öz plastik kartlarınız vasitəsilə Agentliyin saytında istədiyiniz məlumatı alıb oxuya bilərsiniz. Dünyanın internet şəbəkəsi olan hər bir ölkəsində ödəniş etmək üçün "Visa" və "Master Card" kartları istifadə oluna bilər.

"AzeriCard" prosesinq mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən, Beynəlxalq Ödəniş Sistemləri "Master Card", "Visa" və "American Express" tərəfindən sertifikatlaşdırılmış xəbərlərin elektron satış layihəsi dünyanın istənilən nöqtəsindən məlumatı almaq prosesini sürətləndirmək və xəbərlərin çatdırılma vaxtını azaltmaq məqsədi daşıyır.

İstifadəçilərin plastik kartlar vasitəsilə xəbər alışı bir neçə sadə yolla həyata keçirilir:

- Xüsusi işarəsi (qıfıl) olan istədiyiniz ödənişli xəbəri seçin;

- Əgər Siz qeydiyyatda olmayan istifadəçisinizsə, Ad və Parol almaq prosesini keçin;

- Məlumatı əldə etmək üçün Sizə effektiv olan ödənişli paketi seçin.

Həmçinin, TREND Beynəlxalq İnformasiya Agentliyi xəbər verir ki, sınaq mərhələsini başa çatdırıb və yaxn günlərdə "Visa" və "Master Card" vasitəsilə http://Photo.Trend.Az/ saytından fotomaterialların satış sistemini həyata keçirməyə hazırlaşır.

Bu il TREND mobil telefon vasitəsilə xəbərlərin satış sistemini tətbiq edib. Agentliyin abunəçisi deyilsinizsə və Sizə lazım olan məlumatı oxumaq istəyirsinizsə, o zaman öz mobil telefonunuzdan ödənişli SMS göndərməklə bunu edə bilərsiniz.

www.Trend.Az portalında qıfıl işarəsi olan bir xəbəri oxumaq üçün xəbər başlığının üzərinə vurmaq, siyahıdan öz ölkənizin mobil rabitə operatorunu seçmək və göstərilmiş qısa nömrəyə ödənişli SMS göndərmək lazımdır.

Bir az sonra mobil telefonunuza istədiyiniz xəbəri oxumaq üçün parol yazılmış cavab SMS-i gələcək. Parol bir neçə dəqiqədən sonra aktivləşəcək. Müvafiq xanaya parolu daxil etmək və "Davam et" düyməsini basmaq lazımdır, bundan sonra isə xəbəri oxuya bilərsiniz.

Alınmış parol yalnız seçdiyiniz xəbəri almağa imkan verir. www.Trend.Az saytında yerləşdirilmiş qıfıl işarəli digər xəbərləri oxumaq üçün həmin addımı təkrarlamaq lazımdır. Bu xidmət TREND agentliyinin məhdud girişli materiallarını dünyanın 60-dan çox ölkəsində oxumağa imkan verir.

TREND agentliyi haqqında

Azərbaycanın özəl TREND Beynəlxalq İnformasiya Agentliyi 1995-ci ildən Azərbaycan, eləcə də digər Xəzəryanı, Qafqaz və Mərkəzi Asiya ölkələrinin xəbərlərini yayımlayan böyük şirkətlərdən biridir. TREND onlayn rejimdə www.Trend.Az portalında Azərbaycan, rus, ingilis, fars və ərəb dillərində operativ xəbərlər, statistik məlumatlar, analitik məqalələr dərc edir, Azərbaycan, digər Xəzəryanı, Qafqaz, Mərkəzi Asiya və MDB ölkələrində baş verən son siyasi və iqtisadi hadisələri əks etdirən xüsusi nəşrlər buraxır.

"Moody's International" xəbərlər və analitik məqalələr, eləcə də video və fotomaterialların istehsalı və yayılması üzrə TREND-ə sertifikasiya verib. Şirkət TREND-in ISO 9001-2000 tələblərinə cavab verən menecmentlik sistemini tanıyıb. "Moody's International"ın TREND-ə verdiyi sertifikatla burada tanış olmaq olar.

TREND Beynəlxalq İnformasiya Agentliyi, onun tərəfdaşları, dərc etdiyi məhsullar haqqında daha ətraflı məlumat almaq üçün, www.Trend.Az istinadına daxil ola bilərsiniz.

Xəbər lenti

Xəbər lenti