...

Azərbaycan deputatının təşəbbüsü ilə donor aksiyası keçiriləcək

Cəmiyyət Materials 6 Oktyabr 2010 13:46 (UTC +04:00)
Respublika Uşaq Təşkilatının sədri, Azərbaycan Milli Məclisinin deputatı Gülər Əhmədovanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun talassemiyadan əziyyət çəkən uşaqlara yardım üzrə layihəsinin gerçəkləşməsinə dəstək məqsədilə donor aksiyası təşkil olunacaq.
Azərbaycan deputatının təşəbbüsü ilə donor aksiyası keçiriləcək

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Respublika Uşaq Təşkilatının sədri, Azərbaycan Milli Məclisinin deputatı Gülər Əhmədovanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun talassemiyadan əziyyət çəkən uşaqlara yardım üzrə layihəsinin gerçəkləşməsinə dəstək məqsədilə donor aksiyası təşkil olunacaq.

Deputat, Respublika Uşaq Təşkilatını, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələrini, həmçinin, paytaxtın Yasamal və Nəsimi rayonlarının polis idarələrini, dövlət strukturlarını və özəl şirkətlərin əməkdaşlarını aksiyaya qoşulmağa çağırıb.

Əhmədova, həmçinin, ölkənin bütün vətəndaşlarını aksiyada iştirak etməyə səsləyib.

Donor aksiyası cümə axşamı Hematologiya və Qanköçürmə Elmi-Tədqiqat İnstitutunun binasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti