...

Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədova Türkmənistan Prezidentinin müsabiqəsinin mükafatçısı olub

Cəmiyyət Materials 9 Oktyabr 2010 11:50 (UTC +04:00)
Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədova Türkmənistan Prezidentinin 2010-cu il "Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafında və dərinləşməsində dostluq və qardaşlığa verdiyi töhfəyə, türkmən və Azərbaycan dillərində mahnıların ustalıqla ifası" müsabiqəsinin mükafatçısı olub, - şənbə günü türkmən telekanalları məlumat verir.
Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədova Türkmənistan Prezidentinin müsabiqəsinin mükafatçısı olub

Türkmənistan, Aşqabad, 9 oktyabr /Trend, müxbir H.Həsənov/

Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədova Türkmənistan Prezidentinin 2010-cu il "Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafında və dərinləşməsində dostluq və qardaşlığa verdiyi töhfəyə, türkmən və Azərbaycan dillərində mahnıların ustalıqla ifası" müsabiqəsinin mükafatçısı olub, - şənbə günü türkmən telekanalları məlumat verir.

Məmmədova dünən Türkmənistanda Xəzərdə ölkə müstəqilliyinin 19-cu ildönümü münasibətilə "Avaza" turist kompleksinin növbəti obyektlərinin işə salınmasına həsr olunmiş qala-konsertdə iştirak edib.

Bu tədbirdə Prezident Qurbanqulu Berdiməhəmmədov başda olmaqla, ölkə hakimiyyətinin yüksəkvəzifəli şəxsləri, parlament, ictimai təşkilatlar rəhbərləri, akkreditə olunmuş diplomatik nümayəndəlik və missiyaların rəhbərləri, mədəniyyət, incəsənət xadimləri və başqaları iştirak ediblər.

Xəzərin dəniz sahilində mühəndis novasiyaları və landşaft dizaynının müasir texnologiyaları tətbiq edilməklə, yeni park kompleksi açılıb. Parkın əzəmətli hissəsi dəniz fontanı və sahilyanı amfiteatr olub.

Xəbər lenti

Xəbər lenti