...

Mərakeşin paytaxtında Azərbaycan mədəniyyət günlərinin açılışı olub

Cəmiyyət Materials 28 Oktyabr 2010 06:43 (UTC +04:00)
Çərşənbə günü Mərakeşin paytaxtı Rabat şəhərində Azərbaycanın mədəniyyət günlərinin açılışı olub.
Mərakeşin paytaxtında Azərbaycan mədəniyyət günlərinin açılışı olub

Mərakeş, Rabat, 27 oktyabr, /Trend müxbiri A.Qasımova/

Çərşənbə günü Mərakeşin paytaxtı Rabat şəhərində Azərbaycanın mədəniyyət günlərinin açılışı olub.

Açılış mərasimində Azərbaycanın və Mərakeşin mədəniyyət və turizm nazirliklərinin nümayəndələri, həmçinin mədəniyyət xadimləri iştirak ediblər.

Açılış mərasimində nitqlə çıxış etmiş mədəniyyət və turizm nazirimizin müavini Ədalət Vəliyevin sözlərinə görə mədəniyyət günlərinin keçirilməsi ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə kömək edir.

Tədbir çərçivəsində Azərbaycanlı fotoqraf Fərid Hayrulinin fotosərgisi təqdim olunub, Azərbaycan musiqisi konserti verilib və milli rəqslər təqdim edilib.  

Xəbər lenti

Xəbər lenti