...

Azərbaycan Diplomatik Akademiyasının kitabxanası İskəndəriyyə kitabxanası ilə əməkdaşlıq edəcək (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2010 13:49 (UTC +04:00)
ADA-nın mətbuat xidmətinin şənbə günü yaydığı məlumata görə, bu barədə razılıq İskəndəriyyə kitabxanasının direktoru İsmayil Siracəddinin Akademiyada keçirdiyi görüşdə əldə olunub.
Azərbaycan Diplomatik Akademiyasının kitabxanası İskəndəriyyə kitabxanası ilə əməkdaşlıq edəcək (FOTO)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) kitabxanası İskəndəriyyə kitabxanası ilə əməkdaşlıq edəcək.

ADA-nın mətbuat xidmətinin şənbə günü yaydığı məlumata görə, bu barədə razılıq İskəndəriyyə kitabxanasının direktoru İsmayil Siracəddinin Akademiyada keçirdiyi görüşdə əldə olunub.

İsmayil Siracəddin Azərbaycan hökumətinin dəvəti ilə noyabrın 19-da Bakıya səfər edib.

İki günlük səfər zamanı qonaq ADA-da, Abşeron rayonunda yerləşən Süzanna Mübarək adına ərəb diliyönümlü orta məktəbdə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində olacaq.

Səfər proqramına Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə səfər də daxil edilib. Yüksək qonaq orada Kənd Təsərrüfatı Akademiyasında olacaq və təhsil müəssisəsinin rəhbərliyi ilə görüşəcək.

İsgəndəriyyə Kitabxanasının rəhbəri, Misir Prezidentinin elm və təhsil məsələri üzrə müşaviri İsmayıl Siracəddin ölkə rəsmiləri ilə görüşlər keçirəcək, elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələsini müzakirə edəcək.

Siracəddin Azərbaycana səfəri çərçivəsində ADA ilə əməkdaşlıq prespektivlərini müzakirə edib. ADA-nın rektoru Hafiz Paşayev rəhbərlik etdiyi qurumun magistr tələbələr və müxtəlif səviyyəli dövlət məmurları üçün təhsil proqramları həyata keçirdiyini bildirib.

Paşayev Akademiyanın yeni kitabxanasında ilkin olaraq yuz minə yaxın kitabın saxlanacağını, müasir görünüşü və texnoloji təminatına görə Qafqazda ən böyük xarici dilli kitabxana olacağını deyib.

Rektor kitabxanada işləyəcək mütəxəsisslərin müvafiq təlim keçəcəyini və dünya kitabxanaları ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.

ADA-nın kitabxanasında eyni zamanda müasir texnologiyalar (elektron kataloqlar, məlumat bazaları, elektron jurnallar və kitablar) istifadə olunacaq və ilk digital kitabxana da yaradılacaq.

Qonaqlara Diplomatik Akademiyanın yeni kitabxanası haqqında film nümayiş olunub.

Siracəddin Akademiyanın genişlənmə planlarından, müasir kitabxana yaratmaq niyyətlərindən məmnun olduğunu qeyd edib.

O, dünyada müasir kitabxanaların istifadə etdiyi texnologiyalar, məlumatların arxivləşdirilməsi, kitabxanalar nəznində araşdırma mərkəzlərinin yaradılması kimi mövzular haqqında öz biliklərini bölüşüb.

Misirin İsgəndəriyyə şəhərinin qədim kitabxanası 2500 il bundan əvvəl tikilib. Kitabxana dövrünün başlıca elm mərkəzlərindən hesab olunur. Orada Arximed və Evklid çalışıb.

Misir hökuməti Kitabxanaya xüsusi status verib. Onun rəhbərləri şəxsən ölkə prezidentinə tabedirlər.

2010-cu il üçün dünya universitetlərinin reytinqinin məlumatına əsasən, İsgəndəriyyə Universiteti 147-ci yeri tutur və təkcə Misirdə deyil, eləcə də Yaxın Şərqdə nüfuzlu ali məktəblərdən biri hesab olunur

Xəbər lenti

Xəbər lenti