...

Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanda gənc fəalların azad olunmasını alqışlayır

Cəmiyyət Materials 22 Noyabr 2010 01:31 (UTC +04:00)
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycan hakimiyyəti tərəfindən gənc fəalların - Emin Millinin və Adnan Hacızadənin azad olunmasını alqışlayır. Bu barədə o, bazar günü Bakıya gəldikdə Trend-ə deyib.
Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanda gənc fəalların azad olunmasını alqışlayır

Azərbaycan, Bakı, 21 noyabr /Trend müxbiri M.Əliyev/

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycan hakimiyyəti tərəfindən gənc fəalların - Emin MillininAdnan Hacızadənin azad olunmasını alqışlayır. Bu barədə o, bazar günü Bakıya gəldikdə Trend-ə deyib.

Salyan rayon məhkəməsi Emin Millinin şikayətlərinə baxaraq cümə günü onun vaxtından əvvəl azadlığa buraxılması haqqında qərar çıxarıb.

Məhkəmə məhkumun həbsxanada keçirməli olduğu vaxtın qalan hissəsini sınaq müddətinə dəyişmək barədə qərar qəbul edib.

Cümə axşamı Adnan Hacızadə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azad edilib.

Bakıya iki günlük səfəri zamanı Semnebi Emin Milli və Adnan Hacızadə ilə görüşməyi planlaşdırır.

"Mən çox şadam ki, Azərbaycanın məhkəmə sistemi bu iki gənc şəxsləri vaxtından əvvəl azad etməyə imkan verən qərar qəbul edib. Onların saxlanılması bizi çox narahat edirdi. Biz Azərbaycanın bütün digər tərəfdaşları kimi şadıq ki, onları azad ediblər", Semnebi bildirib.

Adnan Hacızadə digər gənc Emin Milli ilə birgə ötən il iyulun 8-də paytaxt restoranlarından birində baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.

Semnebinin sözlərinə görə, gənc fəalların azad olunmasından sonra daha mühüm mövzulara keçmək olar.

Noyabr ayının əvvəlində Azərbaycanda keçirilmiş parlament seçkiləri barədə suala cavab verərkən Semnebi qeyd edib ki, onun fikrincə, seçkilərin keçirilməsi şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edilməyib.

"Növbəti seçkilərə qədər bu cür məsələlərin olmaması üçün Azərbaycana ediləcək bütün tövsiyələrə diqqətlə baxılmalı və onlara əməl edilməlidir", Semnebi deyib.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib.

Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandat almaq uğrunda mübarizə aparıb. MSK seçkilərin ilkin nəticələrini açıqlayıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti