...

Azərbaycanda dövlət qulluqçularının yuxarı yaş həddi müəyyən ediləcək

Cəmiyyət Materials 16 Dekabr 2010 16:16 (UTC +04:00)
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan cümə axşamı Trend-ə verilən məlumata görə, bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik olunması ilə bağlı təklif verilib.
Azərbaycanda dövlət qulluqçularının yuxarı yaş həddi müəyyən ediləcək

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluqçularının yuxarı yaş həddi 65 yaş müəyyən ediləcək.

Milli Məclisdən cümə axşamı Trend-ə verilən məlumata görə, bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik olunması ilə bağlı təklif verilib.

"Dövlət qulluğu haqqında" qanuna görə, Azərbaycan Respublikasının 16 yaşına çatmış Azərbaycan vətəndaşları dövlət qulluğuna qəbul edilir.

Həmin qanunla müəyyən olunub ki, əmək qabiliyyətli dövlət qulluqçusu pensiya yaşı çatanda təqaüdə çıxmaq istəmirsə, fiziki imkanlarını nəzərə alaraq işləməyinə davam edə bilər, onun məcburən pensiyaya göndərilməsinə qanun yol vermir.

Azərbaycanda 8 mindən çox dövlət qulluqçusu barədə məlumatlar dövlət qulluqçularının reyestrinə daxil edilib.

Xəbər lenti

Xəbər lenti