...

ABŞ-ın "Davidzon Radio"sunda Azərbaycan haqqında veriliş efirə gedib

Cəmiyyət Materials 27 Dekabr 2010 20:02 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi üzrə keçirilən tədbirlər çərçivəsində ABŞ-ın Nyu York, Nyu Cersi, Konnektikut, Boston və digər ştatlarında yayımlanan və Amerikanın ən çox dinlənilən rusdilli "Davidzon Radio"sunda Azərbaycan haqqında veriliş efirə gedib.
ABŞ-ın "Davidzon Radio"sunda Azərbaycan haqqında veriliş efirə gedib

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

ABŞ-ın Nyu York, Nyu Cersi, Konnektikut, Boston və digər ştatlarında yayımlanan və Amerikanın ən çox dinlənilən rusdilli "Davidzon Radio"sunda Azərbaycan haqqında veriliş efirə gedib. Verilişdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev və Azərbaycanın Nyu Yorkdakı diaspor nümayəndələri iştirak ediblər. Bu barədə bazar ertəsi Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən Trend-ə verilən məlumatda deyilir.

Mehdiyev çıxışı zamanı Azərbaycan rəhbərliyi tərəfindən aparılan diasporla iş siyasəti, diaspora dövlətimiz tərəfindən göstərilən qayğı və bu qayğının nəticəsi olaraq görülmüş tədbirlər, eyni zamanda, ölkəmizdə hazırda mövcud siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi barədə danışıb.

Daimi nümayəndə Azərbaycan reallıqlarının dünyaya çatdırılmasında diasporun rolunun vacib olduğunu vurğulayaraq, bu istiqamətdə son illərdə diaspor tərəfindən həyata keçirilmiş müxtəlif tədbirlər barədə (Nyu Yorkda Azərbaycan dilində məktəbin açılması, Azərbaycan və ingilis dillərində qəzetin çap etdirilməsi, ABŞ-da yayımlanan "Radioturkum"da ölkəmiz barədə silsilə verilişlərin efirə getməsi, Nyu Yorkda milli rəqs ansamblımızın fəaliyyəti və s.) məlumat verib.

Daha sonra studiyaya çoxsaylı telefon zəngləri edilib, daimi nümayəndə və diaspor üzvləri tərəfindən həmin suallara ətraflı və dolğun cavablar verilib.

Xəbər lenti

Xəbər lenti