...

Azərbaycanda dini tədbirlərdə yad təsirlərin zəifləməsi müşahidə olunub - Dövlət Komitəsi

Cəmiyyət Materials 28 Dekabr 2010 15:18 (UTC +04:00)
Trend-in məlumatına görə, bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2010-cu ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında səsləndirilib.
Azərbaycanda dini tədbirlərdə yad təsirlərin zəifləməsi müşahidə olunub - Dövlət Komitəsi

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda əvvəlki illərlə müqayisədə bu il dini tədbirlərdə, xüsusilə Aşurada və digər mərasimlərdə yad təsirlərin zəifləməsi müşahidə olunub.

Trend-in məlumatına görə, bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2010-cu ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında səsləndirilib.

Vurğulanıb ki, Dövlət Komitəsinin hər bir əməkdaşı, digər müvafiq qurumlar və din ictimaiyyəti vətəndaşların dini heysiyyəti ilə oynamaq fikrinə düşən qüvvələrin ifşasında, xalqın tapındığı milli-dini inanc yerlərinin, dini-tarixi mərasimlərin məkrli niyyətlərlə idarə olunmasının, cəmiyyət və şəriət qanunlarına zidd vərdişlərin qarşısının alınmasında öz səlahiyyətlərindən istifadə etməlidir.

İlin nəticələrinə həsr olunmuş kollegiya iclasında respublikamızın sosial-siyasi həyatında qazanılmış uğurlar barədə danışılıb, ölkəmizdə dövlət-din münasibətlərinin getdikcə daha da tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, islam və qeyri-islam təmayüllü bayram və tədbirlərin keçirilməsi, dindarlar üçün yaradılmış münasib şərait ətraflı müzakirə edilib.

Ötən illərlə müqayisədə bəzi zərərli yad dini mərasim elementlərinin tətbiqi və icrasında nəzərə çarpan azalma ardıcıl aparılan din siyasətinin nəticəsi kimi dəyərləndirilib.

Xəbər lenti

Xəbər lenti