...

Azərbaycanda səhiyyə mütəxəssislərinin sertifikasiyası üzrə növbəti imtahanın tarixi açıqlanıb

Cəmiyyət Materials 10 Yanvar 2011 17:25 (UTC +04:00)
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası üzrə növbəti imtahanlar yanvarın 12-də keçiriləcək.
Azərbaycanda səhiyyə mütəxəssislərinin sertifikasiyası üzrə növbəti imtahanın tarixi açıqlanıb

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir Z.Əhmədova/

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası üzrə növbəti imtahanlar yanvarın 12-də keçiriləcək. Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirliyin mətbuat katibi Anar Qədirli bildirib ki, imtahanda anestezioloq, reanimatoloq və pediatrların bilik səviyyəsi yoxlanılacaq.

Onun sözlərinə görə, sertifikasiya üzrə imtahanın cavabları imtahandan sonra yaxın vaxtlarda açıqlanacaq.

Ginekologiya və terapiya ixtisasları üzrə ilk imtahanlar yanvarın 5-də keçirilib.

İmtahanın şərtlərinə görə, 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60-na düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılırlar.

Xəbər lenti

Xəbər lenti