...

Almaniya ali məktəblərində təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün müsabiqə elan edilib

Cəmiyyət Materials 10 Yanvar 2011 18:33 (UTC +04:00)
Almaniya ali məktəblərində təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün müsabiqə elan edilib.
Almaniya ali məktəblərində təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün müsabiqə elan edilib

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir M.Əliyev/

Almaniya ali məktəblərində təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün müsabiqə elan edilib. Bu barədə Trend-ə bazar ertəsi Təhsil Nazirliyindən bildiriblər.

Müsabiqə informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya, kimya, ekologiya və kənd təsərrüfatı ixtisasları üzrə elan olunub.

Bakalavr səviyyəsində təhsil almaq üçün Azərbaycanın müvafiq universitetlərinin ikinci və ya üçüncü kurslarında təhsil alan və bakalavr səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində I qrupa daxil olan ixtisaslar üzrə ən azı 550 bal, digər ixtisas qrupları üzrə isə ən azı 600 bal toplayan şəxslər iştirak edə bilər.

Magistratura səviyyəsində təhsil almaq üçün 2010/2011-ci tədris ilində I qrup ixtisasları üzrə orta balı 4.0-dan aşağı olmayaraq IV kursda təhsil alan və magistratura səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində ən azı 112 bal toplamış namizədlər müraciət edə bilərlər.

Təqdim olunmuş sənədləri DAAD-nin Almaniyadan gəlmiş ekspertləri yoxlayacaq və mart ayının 10-11-12 tarixində müsahibə həyata keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti